Vətəndaşlar AHİK-dən narazıdırlar

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda MHB sədri Fuad Əliyevin iyun ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib.

Onun sözlərinə görə, vətəndaşlardan birliyə daxil olan şikayətlərin bir neçəsi öz müsbət həllini tapıb.

Fuad Əliyev bildirib ki, MHB  bir neçə klinika və istirahət mərkəzlərlə müqavilə bağlayıb və bu istiqamətdə iş davam edir.

MHB İdarə Heyətinin üzvləri Xəzər Teyyublu və Əhməd Rəhmanov regionlarda təşkilatın yeni rayon şöbələrin yaranması ilə bağlı məlumat veriblər.

Daha sonra MHB İdarə Heyəti, müəllimlərin, həkimlərin və digər təşkilat və müəssisələrdə çalışan yüzlərlə vətəndaşın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyətsizliyi ilə bağlı şikayətləri nəzərə alaraq onlara müraciət qəbul edib.

Müraciətdə deyilir ki, əgər AHİK sizin əmək və sosial hüquqlarınızı qorumursa, müdafiə etmirsə, onda siz seçim hüququndan istifadə edərək AHİK üzvlüyündən imtina edərək, alternativ və müstəqil həmkarlar təşkilatın üzvü ola bilərsiz.

Bu seçim sizin hüququnuzdur. Hüququnuzu tanıyın. Seçim etməkdən çəkinməyin.

Müstəqil Həmkarlar Birliyi olaraq sizin seçim etdiyiniz halda hüquqlarınızı müdafiə etməyə hazır olduğumuzu bildirirk.

0.055113077163696