Həmkarlar Birliyinin rəhbərliyi Şamaxıda vətəndaşları qəbul edib
Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin verdiyi məlumatına görə Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov Şamaxı rayon təşkilat üzvüləri ilə görüşüb. Əhməd Rəhmanov Həmkarlar Birliyinin Şamaxı rayon təşkilatın hesabatını dinləyib və fəaliyyətlə bağlı bəzi tapşırıqlar verib.
Görüşdə Əhməd Rəhmanov həmçinin vətəndaşlarla görüşüb və onların müxtəlif məzmunlu müraciətlərini dinləyib.