Məşhur B-52 bombardımançıları nüvə bombalarından “məhrum” edildi

ABŞ-ın “B-52 Stratofortress” strateji bombardımançıları nüvə bombalarından daha istifadə etməyəcəklər.

“The Drive” xəbər verir ki, məşhur “uçan qala”ların silahlanmasında yalnız nüvə başlıqlı qanadlı raketlər qalır.

Termonüvəli bombalar isə “stels” texnologiyalarından istifadə edən “В-2A Spirit” təyyarələrinin sərəncamına verilir.

Belə bir addım “B-52”-lərin düşmənin hava hücumundan müdafiə sistemlərini keçə bilmədikləri ilə izah olunur. Son zamanlar zərbə endirmək üçün nəhəng bombardımançılar aşağı hündürlüklərdə yaxınlaşaraq raketlərlə hücum etmək məcburiyyətində qalıb.     

Pentaqon “B-52 Stratofortress” təyyarələrinin 2050-ci ilədək istıfadə etmək niyyətindədir.

0.33621597290039