Rusiya səfirliyinin yanında partlayış baş verdi
Rusiyanın Livanın paytaxtı Beyrutda yerləşən səfirliyinin yanında qumbaralar partladılıb.
“Lenta.ru” xəbər verir ki, partlayan 2 qumbara gözyaşardıcı qazla dolu olub.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Rusiya səfirliyinin yanında yerli polis və etirazçılar arasında toqquşmalar müşahidı olunur.