Türkmanlar Kərkükdə etiraz aksiyası keçirdi
İraqın şimalında yerləşən Kərkük şəhərində böyük nüfuza malik türkmanlar bölgənin Təhsil İdarəsində edilən yeni təyinatlarla bağlı etiraz aksiyası keçirib.
“Anadolu Ajansı “ xəbər verir ki, etirazçıların fikrinə görə kadr dəyişiklikləri ədalətsizdir.
Aksiyada müxtəlif ali təhsil ocaqlarının yüzlərlə məzunu iştirak edib.
Onlar uzun illərdir ki, türkmanlara qarşı edilən ayrı-seçkilik səbəbindən iş tapa bilmirlər.
Türkman QHT-dən birinin rəhbəri İstibrak Yazaroğlu son təyinatları edərkən türkmanların nəzərə alınmadığını bildirib.
Etirazçılar Kərkük qubernatoru Rakan Səidinin türkmanların hüquqlarının pozulmasına məhəl qoymamasından da narazı olduqlarını bildiriblər.