Azərbaycanın “Kapadokiyası”: Qobustan mağaraları - VİDEO

Qobustanda qayalıqda, daşlar arasında ovularaq tikilən mağaralar öz sirrini hələ də saxlamaqdadır.

Bakunews.media xəbər verir ki, Qalacıq mağaraları rayonun Bədəlli kəndindən təxminən 3-4 min metr cənub-şərqdə yerləşir.

Tarixi mənbələrdə V-VI əsrə aid olduğu bildirilən mağara 6 otaqdan ibarətdir. Qayaların içində ovulan dairəvi hücrələr bir-birinə bağlıdır. Hər bir hücrənin daxilində giriş-çıxışı üçün yollar var.

Qalacıqlara gedən yol əlverişsiz olduğundan buradan çox az adamın xəbəri var. Çox təssüf ki bu qədim məkan turistik imkanlarından yararlana bilmir.

Əgər bura turizm marşurutu salınarsa , bu mağaralar tez bir zamanda məşhurlaşar.

 

 

0.31292104721069