İlk ötmə manevri uğurlu oldu, növbəti dəfə isə... – VİDEO

Rusiyanin Tula vilayətində “Oka” markalı avtomobili idarə edən şəxs yük maşını ilə toqquşub.

REN.TV məlumat verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü qarşı yola çıxaraq ilk təhlükədən yayınır, lakin növbəti dəfə oxşar ötmə-manevrini təkrar etmək istəyərkən gecikir və ağır yol nəqliyyat hadisəsi baş verir.

Tula bölgəsinin Yol Polisi Xidmətindən bildiriblər ki, qanunu kobud şəkildə pozan “Oka” avtomobilinin 42 yaşlı sürücüsü hadisə yerində keçinib.

Digər sürücülər arasında xəsarət alan yoxdur.

 

0.33144211769104