Fuad Əliyev: BMT öz nüfuzunu hiss etsəydi...
“Ermənistanın BMT-yə müraciəti çox gülüncdir. BMT çoxdan öz nüfuzunu itirib”
Bunu Xəbər-PS-ə prezidentliyə eks-namizəd, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirib.
Onun sözlərinə görə əgər BMT öz nüfuzunu hiss etsəydi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni həyata keçirərdi:
“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çox professional çıxışı ilə ermənilərin yalanlarını ifşa etdi. Ümumiyyətlə, Ermənistanın BMT-yə müraciəti çox gülüncdir. BMT çoxdan öz nüfuzunu itirib. Özünə hörmət edən beynəlxalq təşkilat məlum 4 qətnaməni uzun illər kağız üzərində saxlamazdı, həll edərdi. Azərbaycan əsgəri bütün dünyaya göstərdi ki, həll olunmayan, “dondurulmuş” məsələlər yoxdur. Ədaləti Azərbaycan əsgəri bərqırar etdi. Bundan sonra da belə olacaq. Ermənilər və onların havadarları birdəfəlik başa düşməlidirlər ki, əgər bizimlə sülhdə yaşamaq istəyirlərsə, bunun bir yolu var. Azərbaycanın Qarabağ bölqəsində yaşayan ermənilər, Azərbaycan vətəndaşlığı qəbul etməlidirlər, Ermənistan isə torpaq və digər iddialardan əl çəkməlidir. Sülh üçün bundan başqa yol yoxdur”.