Darıxırdıq, atəş açdıq - VİDEO

Rusiyanın paytaxtı Moskvada iki sərxoş kişi yaşayış binasının həyətində silahdan atəş açıblar.

Hadisə haqda “Life” agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bir müddət sonra hadisənin təfərrüatı məlum olub.

Belə ki, spirtli içki qəbul edən dostlar darıxdıqlarını əsas gətirərək avtomobillərində olan silahı çıxararaq havaya atəş açıblar.

Atəş səslərindən narahat olan sakinlər küçədə silahlı hücum baş verdiyini zənn ediblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları xuliqanlıq edən şəxsləri saxlayıblar. Məlum olub ki, onlar silahı qeyri-qanuni yolla əldə ediblər.

 

0.31498098373413