İranın hücumu nəticəsində 11 ABŞ hərbçisi xəsarət alıb
İranın ABŞ-ın İraqda yerləşən bazalarına hücum zamanı 11 amerikalı əsgər xəsarət alıb.
“Komsomolskaya pravda” xəbər verir ki, yanvarın 8-i həyata keçirilən raket zərbələri nəticəsində hərbçilər beyin silkələnməsi aldıqları ehtimal edilir.
Onlar ABŞ-ın Küveytdə və Almaniyada yerləşən xəstəxanalarına yerləşdiriliblər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp hücum nəticəsində xəsarət alanların olmadığını qeyd etmişdi.