İctimai Şura üzvləri MSIBM-nin Bakı ofisində görüş keçirib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni seçilmiş heyətinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə MSIBM-nin Bakı ofisində görüşü baş tutub.
İctimai Şuranın Katibliyindən verilən məlumatına görə, görüş zamanı İctimai Şuranın yeni heyətinin fəaliyyət planı açılqlandı və MSİBM Azərbaycan ilə miqrantlarla iş sahələri əsasında əməkdaşlıqda istəkli olduqları bildirildi.