İki təşkilat əməkdaşlığına dair fikir mübadiləsi aparıblar
Bu gün Müstəqil Həmkarlar Birliyinin idarə heyəti və Rusiya Federasiyasının Udmurtiya Respublikası deputatı, Udmurtiya Respublikası Azərbaycanlıları İttifaqının sədri Elgiz Hacıyev arasında görüş keçirilib.
Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinin məlumatına görə görüşdə Rusiyada yaşayan azərbaycanlıların sosial, miqrasiya və digər problemlərlə bağlı məsələlər müzakirə olunub.
İki təşkilat arasında əməkdaşlıq və birgə fəaliyyət istiqmətlərinə dair fikir mübadiləsi aparılıb.