Həmkarlar Birliyi Udmurtiya Azərbaycanlıları İttifaqı ilə müqavilə bağladı
Müstəqil Həmkarlar Birliyinin İdarə Heyəti və hazırda Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Udmurtiya Respublikasının deputatı, Udmurtiya Azərbaycanlıları İttifaqının sədri cənab Elgiz Hacıyev arasında görüş baş tutmuşdur. Həmin görüşün nəticəsi olaraq iki təşkilat arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılıq əldə olunmuşdur.
12 oktyabr iki təşkilatın rəhbərliyi bir araya gəldi və gələcək əməkdaşlıq haqqında geniş müzakirələr aparıldı.Bu müzakirələrin əsasını təşkil edən mövzulardan biri Müstəqil Həmkarlar Birliyinin Udmurtiyada yaşayan azərbaycanlıların, həm sosial, həm miqrasiya problemlərin həll olunmasında, hüquqlarının müdafiəsində onlara dəstək olması, soydaşlarımızın vətənlə əlaqələrini qoruyub saxlanılmasında, Ana vətəndə baş verən ən son yeniliklərlə bağlı, xüsusilə işğaldan azad olunuş torpaqlarımızda, Qarabağda baş tutan yenidən qurma və bərpa işləri ilə bağlı soydaşlarımızın MHB tərəfindən məlumatlamdırılmasının həyata keçirilməsi qeyd olunmuşdur.
Müstəqil Həmkarlar Birliyi Udmurtiya azərbaycanlılarının sosial, mədəni, kültür, miqrasiya və digər problemlərini araşdıracaq, dövlət səviyyəsində işıqlandıracaq, bu problemlərin həll olunmasında bütün mümkün imkanlardan istifadə edəcək, məsələlərin həlli üçün vasitəçi rolunu oynayacaq.
Müstəqil Həmkarlar Birliyi Udmurtiyada yaşayan azərbaycanlıların oradakı hüquqlarının müdafiəsinin eynilə vətəndəki kimi təşkil olunması, soydaşlarımızın MHB onların bütün problemləri ilə yaxından əlaqədar olacaq və onları güvəndə hiss etdirəcək təşkilat olaraq tanımasını üçün bu müqavilədəki bütün öhdəliklərinin yerinə yetirilməsində bütün imkanlarından istifadə edəcəkdir.
Udmurtiya Azərbaycanlıları İttifaqı da müqavilənin həmin təşkilatın üzərinə düşən öhdəliklərini yerinə yetirməkçün bütün imkanlarını səfərbər edəcəkdir.