Dairə seçki komissiyasının sədri istefa verdi - Hospitala yerləşdirildi
Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.
Unikal.org-un məlumatına görə, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub və artıq hospitala yerləşdirilib.
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb:
“Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım”.