Türkiyə hərbçiləri terror aktına hazırlaşan PKK üzvlərini zərərsizləşdirdilər - FOTO

Suriyanın şimalındakı “Barış pınarı” bölgəsində terror aktına hazırlaşan üç PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Yeganə məqsədləri bölgədə qan tökmək olan PKK/YPG terrorçularına layiq olduqları şəkildə müdaxilə edirik! Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Barış pınarı” bölgəsinə hücum hazırlığında olan üç PKK/YPG terrorçusunu zərərsizləşdiriblər”, - deyə paylaşımda qeyd edilib.

0.047133922576904