Ermənistan ordusunun daha bir hərbçisi öldürülüb

Ermənistan ordusuna məxsus mövqelərdən birində zabit meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mediası ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Yanvarın doqquzu saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - deyə xəbərdə deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.

0.053835868835449