Bakıda oğurluğa görə üç yeniyetmə saxlanılıb

Bakıda mağazadan, bərbərxanadan və avtomobildən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində bir mağazadan 5 660 manat pul, 1 150 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı, “Fiat” markalı avtomobildən 1 300 manat dəyərində dərman preparatları, bir bərbərxanadan isə bərbər alətləri oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri olan üç yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.38531994819641