Dua Lipa məşhur aktyorla öpüşərkən görüntülənib - FOTO

Müğənni Dua Lipa aktyor Kallum Törnerlə qucaqlaşıb-öpüşərkən görüntülənib.

Məşhurlar Hollivuddakı yapon restoranı “Sushi Park”da görüşüblər. Paparatsiyalar 28 yaşlı Dua Lipanın 33 yaşlı Kallum Törnerlə birlikdə restorandan çıxarkən fotolarını çəkiblər. Müğənni və Hollivud aktyoru hisslərini gizlətməyiblər. Sevgililər balkonda bir-birini qucaqlayıb öpüblər.

Qeyd edək ki, Dua Lipa və Kallum Törner haqqında romantik şayiələr keçən həftə ortaya çıxıb. Yanvarın 10-da ulduzlar “Masters of the Air” hərbi serialının premyerasından sonra Los-Ancelesdə əyləncə gecəsində rəqs edərkən görüntüləniblər. Müğənni tədbirə sevgilisinə dəstək olmaq üçün gəlib.

Mənbə: gazeta.ru

0.3607029914856