Rassel Krou çəkilişlərdə hər iki ayağını sındırıb, 10 il sonra xəbər tutub

Tanınmış kino ulduzu Rassel Krou “People” jurnalına müsahibə verib.

Söhbət zamanı aktyor bəyan edib ki, Ridli Skottun “Robin Qud” filminin çəkilişləri zamanı hər iki ayağını sındırıb.

Bu, döyüş səhnələrindən birində baş verib.

Aktyorun sözlərinə görə, hadisədən sonra o, uzun müddət qəribə hisslər keçirib, amma yenə də heç bir istirahət və ya tətil etməyib. On il sonra Krou ayaqlarındakı ağrılardan şikayət edərək həkimə gedib. Mütəxəssis rentgen etdirərək ulduzdan ayaqlarını nə vaxt sındırdığını soruşub. Məlum olub ki, Krounun ayaqlarındakı sınıqlar tədricən bitişib.

“Mən sadəcə işlədim və zaman keçdikcə, hər şey öz-özünə sağaldı”, - deyə aktyor bildirib.

0.44940805435181