Almaniya kanslerinin partiyasından olan deputata hücum olub

Almaniyanın Drezden şəhərində Almaniya Sosial Demokrat Partiyasının üzvü, Avropa Parlamentinə namizədliyi irəli sürülmüş Mattias Ekke hücuma məruz qalıb.

Bu barədə kansler Olaf Şoltsun partiyasının (Almaniya Sosial Demokrat Partiyası) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 41 yaşlı deputata hücum o, küçədə seçki plakatları asarkən baş verib.

“O, ağır yaralanıb və əməliyyata ehtiyac yaranıb”, - Almaniya Sosial Demokrat Partiyasının mətbuat xidmətinin məlumatında qeyd olunur.

Hələlik hücumun motivi məlum deyil.

Mənbə: Kr.ru

0.36537599563599