Elşən Orucov daha bir türk serialında rol alacaq - FOTO

Aktyor Elşən Orucov türkiyəli aktyor Ozan Akbabanın “Çırak” serialında çəkiləcək.

Bu barədə aktyor sosial media hesabında məlumat yayıb.

Ekran işinin ssenari müəllifi Ozan və Birol Tezcandır. 

TRT-nin rəqəmsal platforması olan “Tabii”də yayımlanacaq serialda Ozan özü də rol alacaq.

Xatırladaq ki, Elşən bundan əvvəl “Ben bu cihana sığmazam” serialında çəkilib. 

0.36378192901611