Türkiyədə antiterror əməliyyatı: İŞİD-lə əlaqəsi olan 50-dən çox şübhəli saxlanılıb - VİDEO

Türkiyə xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“21 əyalətdə dörd gün ərzində həyata keçirilən əməliyyatlar çərçivəsində 51 nəfər İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb”, - nazir “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, ən çox saxlanılan (10 nəfər) Ankaradadır.

Əməliyyatlar zamanı İŞİD-in fəaliyyətinə aid xeyli sayda sənəd və rəqəmsal media ələ keçirilib.

 

0.056859970092773