Yağış suları Ramanada gölməçə yaratdı

Ötən gündən etibarən yağan aramsız yağışlar öz fəsadlarını göstərib.

Baku.ws xəbər verir ki, paytaxtın bir neçə qəsəbəsində yollar yararsız vəziyyətə düşüb.

Həmin yollardan biri də Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşir.

Belə ki, qəsəbənin bəzi hissələrində kanalizasiya sistemlərinin normal işləməməsi yağış sularının gölməçə yaratmasına səbəb olub.

Bu həm piyadalar üçün, həm də avtomobillər üçün çətinliklər yaradıb.

0.053973913192749