Türkiyədəki bələdiyyə seçkisinin ilkin nəticələri açıqlandı - YENİLƏNİB + VİDEO

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

Seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə əsasən, ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% ilə irəlidədir.

Cumhuriyyət Xalq Partiyası (CHP) 32,48% ilə 2-ci, DEM Partiyası isə 6,74% ilə 3-cü yerdədir.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 74,88% səviyyədə olub.

Mənbə: Haber Global

18:08

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkisində səsvermə başa çatıb.

Seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçki çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkinin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Mənbə: Haber Global

17:26

Türkiyənin 32 vilayətində saat 07:00-da başlayan yerli idarəetmə orqanlarına seçki üçün səsvermə başa çatıb.

Məlumata görə, digər vilayətlərdə səsvermə bir saata bitəcək.

Seçicilər siyahısındakı seçicilərin hamısı səs vermiş olsa belə, qutular yerli vaxtla saat 17:00-dan sonra açılacaq.

İlk olaraq bələdiyyə sədrinin bülletenləri hesablanacaq.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçki keçirilir.

Mənbə: Haber Global

09:24

Türkiyədə 30 böyük şəhərin bələdiyyə sədrlərinin seçiləcəyi bələdiyyə seçkisində səsvermə başlayıb.

Səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Sosioloqlar seçkidə əsas qarşıdurmanın İstanbul və Ankara ətrafında baş verəcəyini gözləyirlər.

Seçki günü ölkədə siyasi təşviqat və spirtli içkilərin satışı qadağan edilir, səsvermə zamanı əyləncə məkanları bağlanır. Seçki məntəqələrində bülletenlərin doldurulması üçün kabinələrə foto və video çəkiliş qabiliyyətinə malik mobil telefonların gətirilməsi qadağandır.

Seçkinin ilk nəticələrinin axşam saatlarında məlum olacağı gözlənilir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, yerli seçkinin nəticələri ləğv olunarsa, proses iyunun 2-də yenidən keçiriləcək.

Mənbə: TASS

0.063873052597046