Rusiyada “rəqs edən” tramvay sakinləri qorxuya salıb - VİDEO

Rusiyanın Novosibirsk şəhərində içərisində sərnişinlərin olduğu tramvay hərəkət edərkən o yan-bu yana yırğalanmağa başlayıb ki, bu da yoldan keçən sürücüləri qorxuya salıb.

Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

“Görün necə yellənir! Dəhşətdir! Harada sürməyin daha təhlükəsiz olduğunu bilmirsən - kələ-kötür yolda, yoxsa ictimai nəqliyyatda”, - deyə videonu çəkən sürücü söyləyib.

Kadrlarda avtomobilin əməlli-başlı yelləndiyi görünür. Şərhlərdə nəqliyyata “rəqs edən tramvay” adı verilib.

Mənbə: gazeta.ru

0.054764032363892