Çilidə güclü zəlzələ baş verib

Çilidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 215 min nəfərin yaşadığı Konsepsion şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub.

Mənbə: TASS

0.047605037689209