Polis bıçaqlı davaya süpürgə ilə müdaxilə etdi - VİDEO

Türkəyənin İstanbul şəhərində iki şəxs arasında mübahisə düşüb.

DHA-nın xəbərinə görə, Beşiktaşda iki şəxs arasında səbəbi bilinməyən mübahisə başlayıb.

Mübahisə böyüyərək davaya çevrilib və həmin şəxslərdən biri bıçaq çıxararaq, o birini qarnından bıçaqlayıb.

Bu zaman yaxınlıqda olan polislər onları ayırmaq üçün yaxınlaşıblar. Polislərdən biri həmin şəxsdən bıçağı almaq istəyərkən digəri süpürgə ilə müdaxilə edərək, onu qorxutmağa çalışıb.

Dava edənləri ayırmağa müvəffəq olan polislər kişilərdən birinin yaralı olduğunu görüb həkim çağırıblar. Bu zaman bıçaqla hücum edən şəxs qaçaraq oradan uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

0.41689085960388