Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək

Rusiya paytaxtında "Moskvada qış" layihəsi çərçivəsində "Mandarin" vitamin müsabiqəsi keçiriləcək. Meyvələr Azərbaycandan gətiriləcək.

Bakunews.media-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Moskva Mədəniyyət Departamentindən bildirilib.

"Yeni il tətilində paytaxt sakinləri və qonaqları "Mandarin" müsabiqəsində iştirak edə biləcəklər, yarışda tələb sitrusun qabığını vahid lent şəklində soymaqdan ibarətdir", - deyə məlumatda əlavə edilib.

Qurumdan bildirilib ki, əyləncəli müsabiqə üçün Azərbaycandan minlərlə naringi alınıb.

"Azərbaycan naringiləri orta ölçülüdür, qabığı nazik və elastik olduğu üçün daha asan təmizlənir", - deyə departamentdən vurğulanıb.

Müsabiqə 2-7 yanvar tarixlərində keçiriləcək, final yanvarın 8-nə planlaşdırılıb. İştirakçılar təmizlənmiş meyvələri yeyə biləcəklər. Müsabiqə üçün eyniölçülü naringilər seçiləcək və sitrusdan ən uzun qabıq lenti soyan iştirakçılar qalib olacaqlar. İlk üç yerin sahibi baş mükafatlarla təltif olunacaq, bütün qaliblər hədiyyələr alacaqlar.

0.044079065322876