Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakunews.media-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-u saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.39687705039978