Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni vaksin əlavə olunub

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqvimə “GDT Hib Hep B İPV” (Heksavaksin) vaksini əlavə olunub.

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.

0.13300585746765