Sumqayıtda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
“Bir nəfər Sumqayıt Təcili Təxirəsalınmaz Yardım Xəstəxanasına (kişi cinsli) hospitalizasiya olunub”.
Bu barədə məlumat Bakunews.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Bildirilib ki, 15.05.2024-cü il tarixində saat 02:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Sülh küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barəsində müraciət daxil olub:
“Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Şəxsin əli rentgen olunub və onda hər hansı bir patologiya aşkar olunmayıb. Cərrah xəstəyə baxış keçirmək istəsə də, xəstə bundan imtina edib”.
11:28
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakunews.media xəbər verir ki, hadisə ötən gecə Sülh küçəsində qeydə alınıb.
Belə ki, 10-JU-185 dövlət nömrə nişanlı BMW idarəetmədən çıxaraq yolda olan “Toyota Prius” (01-CM-319 dövlət nömrə nişanlı), “Mercedes” (99-RD-679) və “Toyota” (50-EY-766) avtomobillərini vurub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid