19 yaşlı gənc qız atası üçün yardım istəyir: "Atasız qalmaq istəmirəm"
19 yaşlı gənc qız atası üçün yardımsevər şəxslərdən dəstək istəyib.
2005-ci il təvəllüdlü Səmra atası Abdulla Bağırov üçün Bakunews.media-a müraciət edib.
O atasının xroniki ürək çatışmazlığından əziyyət çəkdiyini deyib.
"Atamın 61 yaşı var, o illərdir xroniki ürək çatışmazlığından əziyyət çəkir. Bundan əvvəl bir dəfə infarkt keçirib. Hazırda həkimlər onun ürəyinin 18% işlədiyini deyir. Ürəyinə ritm aparatı qoyulmalıdır, müalicə olmalıdır. Amma nə aparat, nə müalicə üçün imkanımız yoxdur. Atamın vəziyyəti get-gedə ağırlaşır, nəfəs almaqda çətinlik çəkir".
O bildirib ki, atanın müalicəsi üçün maddi dəstəyə ehtiyacları var.
"Mən tələbəyəm, kirayədə qalırıq. Atam xəstəliyi ilə əlaqədar işləyə bilmir, mən isə dərsdən sonra əlavə işlərdə işləyirəm. Atamın ürəyinə ritm aparatı qoymaq və müalicə üçün bizim hazırda 9 000 manata ehtiyacımız var. Bu yaşda atası qalmaq istəmirəm, ən azından övladlarından birinin xoş gününü görməyini istəyirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 520-49-08.
Kapital Bank: 4169 7388 5006 6386.