"iPhone"un adı dəyişdirilə bilər

"iPhone" və digər "Apple" məhsullarının yaradılması üzərində işləyən marketoloq Ken Seqall şirkətə öz smartfonlarının adını dəyişməyi təklif edib.

O, vaxtilə "Apple"ın qurucusu Stiv Cobs tərəfindən işə cəlb olunub. Reklam agentliyinin kreativ direktoru olan Kenin "iPhone", "iPad" və digərlərinin adlarında "i" prefiksinin müəllifi olduğu ehtimal edilir.

Mütəxəssis jurnalistlərlə söhbətində bildirib ki, "Apple"ın bu addan ("iPhone"dan) imtina etməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, vaxtilə cihazların adlarındakı "i" hərfi onların internetlə işlədiyini göstərirdi. Marketoloq qeyd edib ki, hazırda bu hərfin mənası yoxdur, çünki bütün müasir qadcetlər internetə qoşulub.

Mənbə: lenta.ru

1.000627040863