Erməni Qriqoryan Kilsəsinin əmlakı müsadirə oluna bilər

Erməni Qriqoryan Kilsəsinin əmlakı müsadirə oluna bilər.

Bu barədə Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

O, kilsənin xüsusi statusa malik olduğunu, ancaq respublikada baş verən demokratik və vergi dəyişiklikləri səbəbindən ölkədə dövriyyədə olan vəsaitlərin kölgədən çıxmalı olduğunu bildirib.

"Bəli, kilsənin bir sıra imtiyazları, istifadə olunmayan əraziləri var. Onlar dövlət üçün faydalı ola bilər və dövlətin müxtəlif ehtiyacları üçün istifadə edilə bilər. Kilsə dövlətlə əməkdaşlıq etməli və "kölgə"dən çıxmalıdır", - deyə Ovannisyan əlavə edib.

Xatırladaq ki, mayın 21-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanda kilsənin vergiyə cəlb edilməsini təklif edib. O, dini mərasimlərin mitinqə çevrilməsinin yolverilməz olduğunu bəyan edib və pisləyib.

Mənbə: TASS

0.7137668132782