Nigarın dəstəyə ehtiyacı var: "Müalicə üçün hər şeyimizi satmışıq"

Körpə Nigarın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Bakunews.media-a onun anası Zeynəb Məmmədova məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir.

"Nigar 1 yaş 5 aylıqdır. Hamiləliyim normal keçib. Düzü müayinələrin hamısına gedə bilməmişdim, amma keçdiyim müayinələrdə hər şey qaydasında idi. Nigar doğulandan iki ay sonra onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Onun xəstəliyini bildiyimiz gündən gəzmədiyimiz həkim, döymədiyimiz qapı qalmayıb. Bizə Türkiyəyə gedib, orada müayinə olunmağı məsləhət gördülər. Beş ay əvvəl qohumların dəstəyi ilə Türkiyəyə gedib, müayinələrdən keçdik".

Gənc ana övladının hazırda müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"Biz rayonda yaşayırıq. Üç dörd xırdabuynuzlu heyvanımız var idi, onu satdıq, qızıllarımı satdıq, bir hissəni də qohumlar dəstək oldu Türkiyəyə gedə bildik. Orada müayinələrə 5 000 dollar pul xərclədik. Həkimlər Nigarın vəziyyətinin daha ağır olmadığını, amma müalicə olmazsa, ağırlaşacağını deyirlər. Gəldiyimiz gündən müalicələrini vaxtlı-vaxtında etmişik. Hazırda müalicələr imkansızlıq səbəbindən yarımçıq qalıb. Müalicə üçün isə 450-500 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Nigar mənim yeganə övladımdır, onu itirməkdən çox qorxuram".

Ailə ilə əlaqə: (055) 263-39-56.

Kapital Bank: 4169 7388 9094 8544.

0.26262307167053