Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib "Qarabağ" qoydu
Ötən ilin avqust ayında qanunsuz qumar oyunlarının təşkil edildiyi "Huqqa" restoranının rəhbərliyi cəzalandırılıb.
"Qafqazinfo" xəbər verir ki, restoranın sahibi 1981-ci il təvəllüdlü Rasim Rzayev və müdiri 1998-ci il təvəllüdlü Nuranə Səlimovaya hökm oxunub.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirli bilinib. Onların hər biri 10 min manat cərimə edilib, həmçinin üzərlərindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri saxlanılıb.
Qeyd edək ki, polisin keçirdiyi tədbirlər zamanı obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
"Huqqa"nın sahibi isə qumarxananın aşkar edilməsi barədə məlumatlar ictimailəşdikdən sonra restoranın adını "Qarabağ" olaraq dəyişdirib.