Azərbaycanlı professor vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru, kimya elmləri doktoru Vidadi Hüseynov vəfat edib.
Bakunews.media xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, o, ötən gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, V.Hüseynov 1950-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. 1975-ci ildən AMEA-da işləyib.