Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib?

Bakıda özünü binadan atan 21 yaşlı qızla bağlı yeni detallar məlum olub.

Bakunews.media-ın əldə etdiyi məlumata görə, Zərifə Məmmədzadənin Ağsudan Bakıya işləmək üçün gəldiyi ilə bağlı səslənən iddialar doğru deyil.

Belə ki, Z.Məmmədzadə Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur. O, Bakı Biznes və Kooperasiya Kollecini bitirib.

Yaxınlarının sözlərinə görə, Zərifənin rəfiqəsi ilə birgə yaşadığı ilə bağlı yayılan xəbərlər yalandır. Z.Məmmədzadənin atası vəfat edib. O, qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb.

Məlumata görə, Zərifə heç vaxt evdən kənar yerdə qalmayıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı. İşdən sonra rəfiqəsinin evinə qonaq gedən Zərifənin intiharı yaxınlarında bir sıra suallar doğurur.

Aytac Qasımova

Bu gün Bakıda özünü 12-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın məlumatına görə, intihar edən 21 yaşlı Zərifə Məmmədzadə hadisə baş verən binada yaşamayıb.

Əslən Ağsu rayonundan olan Zərifə həmin binada yaşayan rəfiqəsinin evinə qonaq gəlibmiş.

Bina sakinləri Zərifənin Bakı şəhərində işlədiyini və onu sərbəst həyat tərzi sürdüyünü bildiriblər.

İntihar edən qızın fotosunu təqdim edirik:

Bakıda intihar baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonunda qeydə alınıb.

2003-cü il təvəllüdlü Zərifə Bəhram qızı Məmmədzadə özünü 12-ci mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.

Sakinlərin dediklərinə görə, intihar edən qız həmin binada yaşamırmış.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

0.05089282989502