Cəmiyyətdən təcrid olunmuş qəbilənin internetlə ilk tanışlığı: Nəticələr gözlənilməz oldu
Braziliyada müasir cəmiyyətdən təcrid olunmuş qəbiləyə ilk dəfə internet verilib. Nəticələr gözlənilməz olub.
Bildirilib ki, Amazon meşələrində, İtui çayı boyunca səpələnmiş kiçik komalarda yüz illərdir yaşayan marubo xalqı "Starlink" peyk proqramı sayəsində ilk dəfə yüksəksürətli internetə çıxış əldə edib.
Yerlilərin sözlərinə görə, gənclər tənbəlləşiblər, artıq ənənəvi boya və bəzək hazırlama sənətinə az maraq göstərir, bunun əvəzinə "ağ adamların" həyat tərzinə meyil edirlər. Onlar sosial şəbəkələrə aludə olurlar, porno izləyirlər və onlayn fırıldaqçılığın qurbanı olurlar.
Bütün bunlara baxmayaraq qəbilə başçıları internetin ləğv olunmasını da istəmirlər. Belə ki, onlar internetin gətirdiyi problemlərdən narahat olsalar da, üstünlüklərini də etiraf edirlər. Məsələn, artıq təcili tibbi yardım üçün daha asan əlaqə qurmaq mümkündür. Bundan əlavə, qəbilə üzvləri internetdə öz əl işlərini və məhsullarını sata bilirlər.
Qeyd edək ki, marubo xalqı minilliklər boyu meşədə təcrid olunmuş həyat sürüb. Portuqaliyalı kolonistlər 18-ci əsrdə Amazon regionuna gəldikdə belə bu qəbilə ilə əlaqə qurmaq mümkün olmayıb. Yalnız 1970-ci illərdə antropoloqlar onlarla ilk təmasları yarada biliblər.
Cəmiyyətdən təcrid olunmuş qəbilənin internetlə ilk tanışlığı: Nəticələr gözlənilməz oldu
Mənbə: "Kaliyuogatoday/20335" "Telegram" kanalı