22 yaşlı qadını vəhşicəsinə boğub öldürdülər
Göygöldə kişinin həyat yoldaşını boğaraq qətlə yetirməsinin təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev və həyat yoldaşı 2002-ci il təvəllüdlü Münəvər Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisədən sonra 32 yaşlı kişi özündən 10 yaş kiçik olan həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra Ceyhun Mustafayev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Göygöldə kişi həyat yoldaşını boğaraq qətlə yetirib.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, iyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.