Orqanizmdə xolesterinin səviyyəsini aşağı salmaq üçün nə yeyək?

Kinoa, brokoli, yerkökü, şirin kartof, alma və böyürtkən kimi lif və digər kompleks karbohidratlarla zəngin bitki mənşəli qidalar orqanizmdə xolesterinin səviyyəsini aşağı salır və həzmi yaxşılaşdırır.

Bu barədə Mayo Klinikasının (ABŞ-nin əsas tibbi və tədqiqat mərkəzi) həkimi, doktor Kristin Nquyen məlumat verib.

Həkim bildirib ki, müxtəlif qidalarda cürbəcür növ karbohidratlar var. Makaron, ağ çörək, şirin xəmir məmulatları, şokolad və fastfud kimi sadə karbohidratlar üstünlük təşkil edən qidaların tez-tez və həddindən artıq istehlakı qan şəkərinin səviyyəsinin kəskin artmasına səbəb ola bilir. Təbii dənli bitkilərdə, meyvələrdə və tərəvəzlərdə olan karbohidratlar mürəkkəb hesab olunur. Onlar bədəni enerji və sağlam pəhriz lifi ilə təmin etmək üçün vacibdir.

Həkimin sözlərinə görə, ən sağlam bitki qidaları liflə zəngin qidalardır. Bu, həzm zamanı qlükozaya parçalanmayan, lakin demək olar ki, dəyişmədən insan orqanizmindən keçən mürəkkəb karbohidrat və bitki lifidir. Ən sağlam mürəkkəb karbohidratlar kinoa, brokoli, yerkökü və şirin kartof, təzə meyvə və giləmeyvə, alma və böyürtkəndə olur.

Mənbə: Gazeta.ru

2.2592840194702