Tovuzda ana və övladı dəm qazından zəhərləniblər
Tovuz rayonunun Abulbəyli kəndində ana və övladı dəm qazından zəhərləniblər.
"Report"un məlumatına görə, 1982-ci il təvəllüdlü Ü. İsmayılova və 2011-ci il təvəllüdlü övladı R. Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.