Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxlayıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

Bu barədə Bakunews.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0.31119799613953