BƏƏ-də itmiş şəhər üzə çıxdı
BƏƏ-də Əl-Sinniya adasında aparılan qazıntılar zamanı eramızın VI əsrinə aid xarabalıqlar aşkarlanıb.
Alimlər vəba epidemiyası səbəbindən tərk edilmiş Tuam şəhərini tapdıqlarını hesab edirlər.
Tuam ərəb əlyazmalarında balıq və mirvari istehsalı üçün mühüm mərkəz kimi qeyd olunub. Sakinlər vəba və regional münaqişədən sonra şəhəri tərk ediblər.
Qazıntılar zamanı kiçik meydanları və dar küçələri olan yaşayış məskənləri, İraqdan gətirilən şərab qabları aşkarlanıb. Bu, Tuamın mürəkkəb və sıx məskunlaşmış bir şəhər olduğunu deməyə əsas verir.
Mənbə: Arkeonews