ABŞ-də Bayden-Tramp debatı başa çatıb

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Co Baydenlə keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebat baş tutub.

CNN-in təşkil etdiyi və canlı yayımladığı debatın ilk raundu saat yarım davam edib. İlk dəfə olaraq studiyada tamaşaçı olmayıb

Müzakirələr ABŞ-nin daxili gündəmində olan iqtisadi problemlərdən, miqrasiyadan, abortların faizindən və beynəlxalq mövzular ətrafında aparılıb.

ABŞ prezidentliyinə potensial namizədlər - keçmiş dövlət başçısı Donald Trampla indiki Prezident Co Bayden arasında teledebat təşkil ediləcək.

Prezidentliyə potensial namizədlər CNN-in studiyasında görüşəcəklər.

Qeyd olunur ki, teledebat bir saat yarım çəkəcək. Bu müddət ərzində prezidentliyə namizədlərin köməkçiləri ilə məsləhətləşmələri qadağan ediləcək.

Məlumat üçün əlavə edək ki, siyasətçilər sonuncu dəfə 22 oktyabr 2020-ci ildə teledebatda görüşüblər.

Mənbə: TASS

0.39732813835144