Marsın səthi niyə aramsız titrəyir?

Sürixdəki Ali Texnologiya Məktəbinin isveçrəli alimləri qırmızı planetdə "Mars InSight" seysmoqrafı tərəfindən qeydə alınan daimi zəlzələlərin mənbəyini müəyyən ediblər.

Bildirilir ki, Marsın atmosferi olmasına baxmayaraq, Yerdən 100 dəfədən çox nazikdir. Bu o deməkdir ki, planetin kosmosdan düşən qayalardan (meteoritlərdən) etibarlı müdafiəsi yoxdur.

Bundan əlavə, Mars öz orbiti ilə Yupiter arasında asteroid qurşağına çox yaxındır, ona görə də yaxınlıqda çoxlu meteoritlər var.

Məlumatların təhlili göstərib ki, ildə 280 ilə 360 arasında basketbol topu ölçülü qayalar Marsın səthinə düşür və səkkiz metrdən çox ölçüdə kraterlər yaradır. Ayda bir dəfə isə daha böyük meteorit diametri 30 metr olan krater yaradır.

Alimlər qeyd ediblər ki, meteoritlərin təsirindən əldə edilən seysmik məlumatlar Marsın geoloji tarixinin xronologiyasını öyrənmək, həmçinin meteorit yağışları əsasında gələcək missiyaları planlaşdırmaq üçün istifadə edilə bilər.

Mənbə: gazeta.ru

0.58422994613647