Hücum ərazisindən son anda xilas olan sərnişin təyyarəsinin görüntüləri paylaşıldı - VİDEO

Rusiya Müdafiə Nazirliyi Suriyada raket hücumundan son anda xilas olan sərnişin təyyarəsinin Hmeymimdə eniş etməsinin görüntülərini paylaşıb.

“RİA Novosti”nin məlumatına görə, video bazadakı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda görünür ki, “Airbus-320” uğurlu eniş edir.

Məlumata görə, İsrailin raket hücumları bitdikdən sonra sərnişin təyyarəsi yenidən Dəməşq beynəlxalq aeroportuna uçuşunu davam etdirib.

Xatırladaq ki, hadisə fevralın 6-sı gecə saatlarında baş verib. İsrail HHQ-nin F-16 qırıcıları  Suriyanın hava məkanına daxil olmadan Dəməşqin ətrafını raket atəşinə tutublar. SƏR ordusu da zenit-raket kompleksləri ilə hücuma cavab verib.

Həmin vaxt Tehrandan gələn və göyərtəsində təyyarə Dəməşq aeroportu ərazisinə enişə hazırlaşırmış. Ancaq dispetçerlərin operativ fəaliyyəti və avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminin səmərəli işləməsi sayəsində “Airbus-320”ni hücum zonasından çıxararaq, yaxınlıqdakı Hmeymim bazasının ehtiyat aerodromuna çəkmək mümkün olub.

0.95470499992371