Piylənmənin yeni səbəbləri üzə çıxdı

Alimlər piylənmə, onunla bağlı metabolik və immun pozğunluqlarının inkişafında mühüm rol oynayan molekullar aşkarlayıblar.

Onların sözlərinə görə, yağlı, yüksək kalorili qidalar maddələr mübadiləsini poza bilər. Bu, müxtəlif orqan sistemlərinə təsir edən iltihabı artırır. Nəticədə 2-ci tip şəkərli diabet və piylənmə baş verir ki, onların tezliyi son illərdə kəskin şəkildə artıb.

Bioloqlar yeni işlərində piylənmənin altında yatan mexanizmləri araşdırıblar.

Alimlər müəyyən ediblər ki, TBC1D1 zülalının yanlış versiyası siçanlarda piylənməyə, qanda şəkər və yağ səviyyəsinin artmasına, qaraciyərin yağlanmasına və digər metabolik xəstəliklərə gətirib çıxarır.

Bildirilir ki, TTSOD molekulu mutant siçanlarda piylənmənin inkişafını dayandıra bilir. O, piy toxumasında iltihabı azaldıb, qan şəkəri və yağ səviyyəsini aşağı salıb, heyvanların arıqlamasına kömək edib. Alimlərin kəşfi piylənməyə qarşı yeni dərmanların əsasını təşkil edə bilər.

Mənbə: gazeta.ru

0.45999097824097