Misirdən Türkiyə serialları barədə fitva: “Ərdoğan Osmanlını yenidən canlandırmağa çalışır”

Misirin Ali Fitva Şurası türk seriallarının heç bir şəkildə izlənilməməsi gərəkdiyini vurğulayan açıqlama yayıb.

Bu barədə “Haber7” saytı yazıb.

Qurumdan verilən açıqlamada “Diriliş Ertuğrul” və “Kurtlar Vadisi” kimi serialların da adları çəkilib, Türkiyənin bu seriallar vasitəsilə Yaxın Şərqdə nüfuzunu artırmaq istədiyi iddia edilib.

Misirin Ali Fitva Şurasının açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hədəf seçilib. Türkiyə lideri Yaxın Şərqdə Osmanlı dövləti hakimiyyətini yenidən canlandırmaqda ittiham edilib.

“Ərdoğan bu serialları istifadə edərək Osmanlının bir vaxtlar idarə etdiyi Ərəb ölkələrini yenidən nəzarət altına almağa çalışır”, - deyə şuradan bildirilib.

0.28086590766907