Bakıda poliklinikada yanğın söndürüldü: Saxlanılan var

Bakıda 9 saylı poliklinikada baş verən yanğın söndürülüb.

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

9 saylı şəhər poliklinikasında baş həkimin iş otağına od vuran şəxs saxlanılıb.

Bu barədə Bakunews.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.

APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəsarət alanın olmadığı bildirilir.

Əlavə məlumat veriləcək.

0.054512977600098